Cəlilabad rayon sakininin evindən külli miqdarda narkotik aşkar edilib.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata əsasən, Rayon Polis Şöbəsi və DSX-nın Göytəpə Sərhəd Dəstəsi əməkdaşları birgə əməliyyat tədbiri keçiriblər.
Nəticədə Cəlilabad şəhərində yaşayan E.Şəmmədovun evinə baxış zamanı oradan 1 kiloqram heroin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə E.Şəmmədovun qardaşı, Şötüklü kənd sakini T.Şəmmədovun evinə baxış zamanı isə 1 ədəd nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Hər iki şəxs saxlanılıb.