Çindən təxliyə edilən azərbaycanlılarla bağlı YENİ XƏBƏR
12 fevral 2020 17:30 (UTC +04:00)

Çindən təxliyə edilən azərbaycanlılarla bağlı YENİ XƏBƏR

“Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları Ankarada Zekai Tahir Burak xəstəxanasında karantindədirlər”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elvin Süleymanlı deyib.

O bildirib ki, səfilik əməkdaşları hər gün mütəmadi olaraq Türkiyə Səhiyyə Nazirliyi və Zekai Tahir Burak adına xəstəxanasının baş həkimi ilə əlaqə saxlayırlar.

“Altı nəfər Azərbaycan vətəndaşının karantin müddəti fevralın 15-də başa çatır. Azərbaycan vətəndaşlarının səhhəti normaldır. Xəstəxanadan aldığımız məlumata görə, onlar cümə günü yenidən müayinə olunacaqlar və yenidən bəzi analiz nümunələri götürüləcək. Həkimlərin rəyindən və analiz nəticələrindən asılı olaraq, onların cümə və ya şənbə günü xəstəxanadan buraxılması gözlənilir”, - deyə E. Süleymanlı vurğulayıb.

Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.  

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin Uhandan Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

Təyyarənin ekipaj üzvləri və tibbi heyəti artıq evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137
avatar

Oxşar yazılar