Çavuşoğlu: "İdlib mövzusunda Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk"
17 fevral 2020 06:37 (UTC +04:00)

Çavuşoğlu: "İdlib mövzusunda Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk"

 

Türkiyə və Rusiya hökumətləri Suriyanın İdlib vilayəti mövzusunda son razılaşmanın hazırlanması üçün əməkdaşlığı davam etdirir.

APA xəbər verir ki, bunu Rusiyanın “İzvestiya” qəzetinə verdiyi müsahibəsində Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Hələ çox iş görülməlidir, biz bu məsələlərdə Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yekun cavabı bazar ertəsi, nümayəndə heyətlərimizin Moskvadakı görüşündən sonra tapacaqsınız. Suriya probleminin əməkdaşlığımızı aşağı salmasına və münasibətlərimizə təsir göstərməsinə imkan verməməliyik”, - deyə türkiyəli nazir bildirib.

Çavuşoğlu qeyd edib ki, Rusiya və Türkiyənin qarşıdakı əlaqələri hər iki ölkənin başqa bir görüşə ehtiyacının olub-olmadığını göstərəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987
avatar

Oxşar yazılar