Bu gün Od çərşənbəsidir
03 mart 2020 00:31 (UTC +04:00)

Bu gün Od çərşənbəsidir


Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.

APA xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır. Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, növbəti Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

# 1067
avatar

Oxşar yazılar