Bir rayondan digərinə gedənlər cərimələndi - FOTO
02 aprel 2020 10:09 (UTC +04:00)

Bir rayondan digərinə gedənlər cərimələndi - FOTO

Ölkənin şimal bölgəsində karantin qaydalarının təmin edilməsi üçün nəzarət tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirirlər. Polis əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq, onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırıblar.

Lakin keçirilən tədbirlər zamanı edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər də aşkarlanıb. Onlar arasında günün müxtəlif vaxtlarında elan edilmiş bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətləri pozanlar da var. Həmin şəxslər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən, cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416
avatar

Mehman Nəbiyev

Oxşar yazılar