Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
16 yaşlı Vlazova Anel yolu keçən zaman onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.