Bakıda xəstəxananın dam örtüyü qopdu
13 fevral 2020 14:44 (UTC +04:00)

Bakıda xəstəxananın dam örtüyü qopdu

Bakıda xəstəxana binasının dam örtüyünün bir hissəsi yerindən qopub.

Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda altımərtəbəli xəstəxana binasının dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1106
avatar

Oxşar yazılar