Bakıda mənzildən külli miqdarda oğurluq edilib.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Həmin ərazidə yaşayan N.Rzayeva polisə müraciət edərək mənzilindən 30 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, 37 yaşlı C.Əliyeva olduğu müəyyən edilib. C.Əliyeva saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) madəsilə cinayət işi başlanıb.