Bakıda oğurlanan maşın Şamaxıda tapıldı
14 fevral 2020 12:55 (UTC +04:00)

Bakıda oğurlanan maşın Şamaxıda tapıldı

Binəqədi rayonunda qadına məxsus avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi və Şamaxı rayon Polis Şöbəsi əməkdaşları avtomobil oğurluğu ilə bağlı birgə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə S.Quliyevanın “BMW” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən T.Abbasov avtomobillə birlikdə Şamaxı rayonu ərazisində saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1175

Oxşar yazılar