Bakının Keşlə qəsəbəsində oğurluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 14-də Keşlə qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Nəsirovun 900 manat dəyərində mopedini oğurlanıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini E.Əsədov saxlanılıb.