Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi məlumata görə, maşinist "Dərnəgül" stansiyasından gələn qatara texniki baxış keçirmək üçün "Memar Əcəmi"də sərnişinləri düşürüb. Qatar stansiya dalanına verilib. Əvəzinə depodan qatar verilib.