Martın 13-də rayonun H.Aslanov küçəsində mağazaların birindən 11.450 manatlıq noutbuk, ətirlər və çantalar oğurlanıb. Bu barədə DİN-nin “102 qaynar xətti”nə müraciət edilib.
Lent.az-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsilə məhkum olunmuşlar, Bakı şəhər sakinləri, 40 yaşlı M.Sultanov və 39 yaşlı R.Ağarəşidov saxlanılıb.