Bakının Xətai rayonunda kişi bacısı oğlu tərəfindən bıçaqlanıb.
APA xəbər verir ki, hadisə N.Şükürov küçəsindən baş verib.
52 yaşlı İsmayılov İsmayıl Cabbar oğlu mənzildə şəxsi mübahisə zəminində bacısı oğlu, 1983-cü il təvəllüdlü Arif Qənbərov tərəfindən bıçaqlanıb.
Yaralı elə hadisəni törədən şəxs tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb.
A.Qənbərov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.