Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də 34 cinayətin üstü açılıb. Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb.
Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyən edilib.
İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.
Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.