Bakının Xəzər rayonunun sakini xəsarət alıb.
APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.
1974-cü il təvəllüdlü Bəylərov Nadir Sabir oğlu küçədə hərəkətdə olan zaman dam örtüyünün bir hissəsi qoparaq onun ayağına dəyib.
Xəsarət alan N. Bəylərov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.