Bakıda mənzildə meyit tapılıb.
Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) aidiyyəti üzrə təhvil veriblər.