Martın 7-də rayon ərazisindəki evlərin birindən 5000 manat və 700 dollar, həmçinin məişət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata əsasən, Bakı şəhər Baş Polis İdarəsi və Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakinləri V.İsmayılov və M.Babayev saxlanılıblar.