Bakıda daha iki nəfər itkin düşdü
12 fevral 2020 09:49 (UTC +04:00)

Bakıda daha iki nəfər itkin düşdü

Bakıda gənc oğlan itkin düşüb.

Lent.az-ın məlumatına görə, Sabunçu rayonu, Maştağa qəsəbəsi Xanlar yaşayış massivində yaşayan 28 yaşlı Mustafayev Pərviz Bəhlul oğlu itkin düşüb. Onun fevralın 8-də, səhər saatlarında işə getmək adı ilə evdən çıxıb lakin geri qayıtmadığı bildirilir. Bu barədə P.Mustafayevin atası, Mustafayev Bəhlul Xanış oğlu Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edib.

Faktla bağlı həmin bölmədə araşdırma aparılır.

Digər itkin düşmə hadisəsi Bakının Qaradağ rayonunda qeydə alınıb.

Lent.az xəbər verir ki, Müşfiqabad qəsəbəsi, ev 3E, mənzil 11-də yaşayan 55 yaşlı Əmirmətov İsmayıl Mehman oğlu fevralın 9-da, səhər saat 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 947
avatar

Mehman Nəbiyev

Oxşar yazılar