Ötən gün Bakı polisi tərəfindən 26 cinayətin üstü açılıb.
Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, onlardan 7-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, soyğunçuluq üzrə 1, quldurluq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.