Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, qəza 8-ci kilometr qəsəbəsində qeydə alınıb.
Bəkir Çobanzadə küçəsində yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Yazməmmədov Siyavuş Ələşrəf oğlunu avtomobil vurub.
Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb.
Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.