Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
"Toyota" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Avtomobil səkiyə çırpılaraq paralel yola keçib. Sürücü isə hadisə yerindən qaçıb.