Bakıda avtomobil ağaca çırpıldı: yaralılardan birinin vəziyyəti ağırdı
17 dekabr 2019 23:25 (UTC +04:00)

Bakıda avtomobil ağaca çırpıldı: yaralılardan birinin vəziyyəti ağırdı

 

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Maştağa qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Hüseynov Məhəmməd Fərhad oğlu idarə etdiyi minik avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil ağaca çırpılıb.

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü və avtomobildə olan sərnişinlər - 1995-ci il təvəllüdlü Muradov Fuad Firuz oğlu və 1997-ci il təvəllüdlü Əliyev Taleh Nəriman oğlu xəsarət alıb.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. F.Muradovun qaraciyəri ağır zədələndiyindən reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1571
avatar

Oxşar yazılar