Oğurluq etdiyinə görə tutulan S.Pənahovun və A.Həsənovun ətraflarında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi və Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri aparıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə onların Nərimanov rayonu ərazisindəki bir köşkdən 2000 manat dəyərində tütün məmulatı, bir aptekdən 3750 manat və bir mağazadan isə 148 manat pul oğurlamaları da müəyyən edilib.
Davam etdirilən tədbirlərlə A.Həsənovun H.Dadaşzadə ilə birgə Nizami rayonu ərazisindəki bir gözəllik salonundan 480 manat oğurlamaları da müəyyən edilib.