Bakıda anbardan oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki anbarların birindən 3 ədəd qapı, 12 ədəd pəncərə çərçivəsi, 8 ədəd stul, 1 ədəd kombi və santexnik əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri X.Rüstəmov və R.Paşayev saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.