Bakıda BMW piyadanı vurdu
03 mart 2020 11:41 (UTC +04:00)

Bakıda BMW piyadanı vurdu

0


Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində qeydə alınıb. Belə ki, şəhər sakini Məhəmməd Yaqublunun idarə etdiyi BMW markalı GEO-00-293 dövlət qeydiyyat nişanlı avtomobil ilə həmyerlisi, 1991-ci il təvəllüdlü Şahmar Məmmədovu vurub. 

Hadisə nəticəsində piyada ağır xəsarət alaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1056

Oxşar yazılar