Bakının Yasamal rayonunda itkin düşmə hadisəsi olub.
Lent.az-ın məlumatına görə, 1-ci Alatavada yaşayan 39 yaşlı Əhmədov Tariel Teymur martın 15-də, saat 20:30-da evdən çıxaraq bir daha geri qayıtmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsində araşdırma aparılır.