Bakıda 37 yaşlı qadın dəm qazından boğuldu
13 fevral 2020 11:23 (UTC +04:00)

Bakıda 37 yaşlı qadın dəm qazından boğuldu


Bakıda bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayonun Zabrat qəsəbə sakini, 1983-cü il təvəllüdlü Əliyeva Fidan Rizvan qızının meyiti yaşadığı evin hamam otağında aşkar edilib.

Meyitin ilkin müayinəsi zamanı F. Əliyevanın dəm qazından boğularaq öldüyü məlum olub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874
avatar

Oxşar yazılar