Bakının Xətai rayonunda gənc qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, rayonun UPD qəsəbəsində yaşayan 18 yaşlı Ağayeva Fatimə Rüfət qızı martın 15-də saat 08:30-da yaşadığı evdən çıxıb bir daha geri qayıtmayıb.
Bu barədə onun atası Mahmudov Rüfət Nurəddin oğlu 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.