Bakı sakinindən külli miqdarda narkotik götürüldü - VİDEO
05 fevral 2020 17:30 (UTC +04:00)

Bakı sakinindən külli miqdarda narkotik götürüldü - VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakının Nizami rayonunda bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən tədbir zamanı Bakı şəhər sakini olan Daşqın Axundzadə tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 25,870 qram narkotik vasitə olan marixuana aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq Daşqın Axundzadənin yaşadığı evdən əlavə 4 kiloqram 575,165 qram narkotik vasitə heroin, 2 kiloqram 140 qram güclü təsiredici xassəyə malik psixotrop maddə olan metamfetamin, ümumi çəkisi 27 qram olan 180 ədəd satışı qadağan olunan psixotrop tərkibli “Preqabalin” həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Daşqın Axundzadə şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə edərək satışını həyata keçirib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Masallı rayon sakini Fərhad Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda, yəni 1 kiloqram 45 qram ola narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Daşqın Axundzadə və Fərhad Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirəli seçilib əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1381

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15