Bakı şəhər Baş Polis İdarəsi Bakı sakinlərinə müraciət edib.
Lent.az-a idarədən daxil olan məlumatda qeyd edilir ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir:
"Xüsusi karantin rejimi çərçivəsində polis Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə xidmət aparır. Paytax sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydlarına əməl etsilər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar".