Azərbaycanlı rəssam-heykəltaraş koronavirus şübhəsilə Rusiyada karantinə alındı
13 mart 2020 00:51 (UTC +04:00)

Azərbaycanlı rəssam-heykəltaraş koronavirus şübhəsilə Rusiyada karantinə alındı

0

Rusiyada yaşayan azərbaycanlı rəssam-heykəltaraş Aydan Salahova koronavirus şübhəsilə karantinə alınıb. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə A.Salahova öz Facebook hesabında status, foto və video paylaşıb.

O, İtaliyadan Rusiyaya qayıdarkən hava limanından paytaxtın Tsaritsino rayonundakı xəstəxanaya yerləşdirilib. Salahova onunla eyni reysdə uçan koronavirusa yoluxan sərnişin olduğundan həmin reysin bütün sərnişinlərinin karantin müddətini xəstəxanada çəkəcəyini yazıb.

Qeyd edək ki, Aydan Salahova dünya şöhrətli məşhur Azərbaycan rəssamı Tahir Salahovun qızıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1390

Oxşar yazılar