Azərbaycanlı "qanuni oğru" saytlardan şikayətçidir - FOTO
16 mart 2020 14:49 (UTC +04:00)

Azərbaycanlı "qanuni oğru" saytlardan şikayətçidir - FOTO

Rusiyada azərbaycanlı avtoritet “Zaur Naxçıvanski” ləqəbli Zaur Şipilov “Roskomnadzor”a şikayət ərizəsi ilə müraciət edib.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, o, haqqında məlumat yayan media orqanlarına etirazını bildirib. Məlumata görə, avtoritet “Kor Hüseyn”, Rövşən Lənkəranski, Dato Surqutski, Vitali Mahaçqalinski, Hacı Beyləqanski, Qleb İvanovski və dostları ilə, habelə özünün 2015-ci ildə saxlanılması zaman çəkilən görüntülərin silinməsini istəyib.

Orenburq vilayəti Polis İdarəsinin sözçüsü Ruslan Məhəmmədov edilən müraciətə baxılacağını və operativ tədbirlər görüləcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7578
avatar

Mehman Nəbiyev

Oxşar yazılar