Göygöl rayon sakini qidadan zəhərlənərək ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs rayonun Yeni Qızılca kənd sakini, 1965-ci il təvəllüdlü Orucova Fatma Mahmud qızıdır. Onun meyitini övladları yaşadığı evdən tapıblar.
Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.