Şirvanda uşaq ölümü baş verib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Şirvan Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini, 24 yaşlı Tağıyeva Tamara Teymur qızı 7 aylıq hamiləliyində doğum şöbəsində daxil olub və oğlan uşağı dünyaya gətirib. Körpə doğuşdan sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.