Azərbaycanda tercume.asan.az onlayn tərcümə saytı fəaliyyətə başlayır
14 aprel 2020 15:38 (UTC +04:00)

Azərbaycanda tercume.asan.az onlayn tərcümə saytı fəaliyyətə başlayır


www.tercume.asan.az onlayn tərcümə saytı vasitəsi ilə sənəd və ya mətnlərin tərcüməsini elektron qaydada həyata keçirmək mümkündür. Belə ki, vətəndaş və ya ölkəmizdə olan əcnəbi şəxs sayt vasitəsilə tərcümə olunacaq məlumatı yükləyib tərcümə ediləcək dili seçir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, əlaqə vasitəsi olaraq istifadəçinin emaili əsas götürülür. O cümlədən telefon nömrəsini də qeyd etmək mümkündür. Həmçinin tərcümənin natorial təsdiqinin lazım olub-olmaması və kuryer vasitəsilə çatdırılması üçün seçim imkanları var.

Məlumat tərcümə mərkəzinə daxil olduqda istifadəçiyə bu barədə bildiriş emaili gəlir. Sonra tərcümə mərkəzinin əməkdaşı tərcümənin qiymətini təyin edir. Seçimə uyğun olaraq qiymətə notarius və kuryer qiymətləri də əlavə olunur. Bütün qiymətlər saytın “Qiymət cədvəli” menyusunda (http://tercume.asan.az/qiymet-cedveli) göstərilib.

Tərcümənin yekun qiyməti istifadəçinin emailinə daxil olduqdan sonra o "ASAN ödəniş" sistemi vasitəsilə ödəməni həyata keçirir. Ödənişdən sonra tərcümə həyata keçirilir.

Hazır sənədlər isə müvafiq olaraq email vasitəsi ilə göndərilə və kuryer vasitəsilə çatdırıla bilər.

Qeyd: "ASAN xidmət" mərkəzlərinin xüsusi iş rejimindəki fəaliyyəti başa çatdıqdan sonra hazır sənədlərin müvafiq mərkəzlərdən götürülməsi imkanı da təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1525
avatar

Oxşar yazılar