Biləsuvarda 30 kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə dövriyyədən çıxarılıb.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən xəbərə görə, Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Musa Bayramzadə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə saxlanılıb. Onun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı oradan 19 kiloqram 400 qram narkotik vasitə heroin, 6 kiloqram 315 qram qurudulmuş marixuana , 4 kiloqam 25 qram psixatrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Biləsuvar rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.