Azərbaycanda jurnalist saxlanıldı - SƏBƏB
13 aprel 2020 12:13 (UTC +04:00)

Azərbaycanda jurnalist saxlanıldı - SƏBƏB

Aprelin 12-də ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq, icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənLent.az-a verilən məlumata görə, Şirvan şəhər Polis Şöbəsində onun internet xəbər portallarından birinin müxbiri, Hacıqabul rayon sakini İbrahim Vəzirov olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilmiş və 25 gün müddətində inzibati həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1641
avatar

Mehman Nəbiyev

Oxşar yazılar