Azərbaycanda iki qardaş spirtdən zəhərlənərək öldü
11 aprel 2020 11:26 (UTC +04:00)

Azərbaycanda iki qardaş spirtdən zəhərlənərək öldü


Sumqayıtda iki qardaş içdikləri spirtdən zəhərlənərək ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 8-ci mikrorayon sakinləri olan qardaşlar – 1972-ci il təvəllüdlü Simirnov İqor Mixayloviç və 1982-ci il təvəllüdlü Simirnov Nikolay Mixayloviç axşam saatlarında xəstəxanalardan birinin həyətinə gələrək aldıqları metil spirtini içiblər. Bir müddət sonra hər ikisinin vəziyyəti ağırlaşıb. 

İ.Smironov Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, qardaşı N. Smirnov isə paytaxtdakı xəstəxanalardan birinə göndərilib. 

Həkimlərin səylərinə baxmayaraq, hər iki qardaş spirtin təsirindən ölüb. Onların meyitləri aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2071
avatar

Oxşar yazılar