Lerik rayonu, Piran kəndində ümumi sahəsi 1650 m² olan fermanın içərisində yerə səpilmiş taxta yonqarı 800 m² sahədə və plastik su borusu 800 p.m yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yüksək temperaturdan fermanın metal konstruksiyalardan ibarət tavanı deformasiyaya uğrayıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.