İsmayıllı rayonunda dəhşətli partlayış hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Quşencə kəndində qeydə alınıb.
Kənd sakini 1949-cu il təvəllüdlü Osmanlı Əli Əhliman oğluna məxsus mənzildə qaz sızmanı səbəbindən güclü partlayış baş verib. Hadisə zamanı ev dağılaraq yararsız hala düşüb. Hadisə zamanı ev sahibi Əli Osmanlı, həyat yoldaşı 1957-ci il təvəllüdlü Osmanlı Rəhimə Sahib qızı və 1995-ci il təvəllüdlü Osmanlı Tahir Əli oğlu ağır yanıq xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ər və arvadın vəziyyəti ağır olduğu üçün onlar müalicə üçün təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Faktla bağlı araşdırma aparılır.