Azərbaycanda ev partladı: ər-arvad...  - YENİLƏNİB
18 mart 2020 13:13 (UTC +04:00)

Azərbaycanda ev partladı: ər-arvad... - YENİLƏNİB

Qaxda yaşayış evində baş verən yanğında xəsarət alan ər-arvad Bakıya – Respublika Yanıq Mərkəzinə göndəriləcəklər.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, partlayışda xəsarət alan Qaxın Qıpçaq kənd sakinləri – 83 yaşlı ev sahibi və onun 64 yaşlı yoldaşının vəziyyətləri ağır-stabildir: "Həmin şəxslərin bədənlərinin 70 faizi yanıb. Bir qədər sonra Bakıya göndəriləcəklər”.

 ***

12:57

Qaxda yaşayış evində partlayış olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qıpçaq kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Narıngül İlham qızı Osmanova yaşadığı evdə qaz sobasını yandıran zaman anidən alovla müşahidə olunan partlayış baş verib. Nəticədə Narıngül Osmanova və əri, 1937-ci il təvəllüdlü Hacı Məhəmməd oğlu Osmanov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tibb müəssəsindən APA-ya bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib. Onların müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1527
avatar

Oxşar yazılar