Bakı-Şamaxı yolunda karantin rejimini pozan sürücü və "sərnişin"i cərimələnib.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a daxil olan məlumata görə, bu gün saat 04:20-də Bakı-Şamaxı avtomobil yolunun 31-ci kilometrliyində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini Bəhərçinov Şamxal Əli oğlu etibarnamə əsasında idarə etdiyi “Ford Focus” markalı minik avtomobilinin baqaj hissəsində Şəki rayon sakini Ağakişiyev İbrahim Cumalı oğlunu polis keçid postundan paytaxt istiqamətinə keçirmək istəyərkən Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü və gizlətdiyi şəxs inzibati məsuliyyətə cəlb ediliblər.