Gəncədə 37 yaşlı kişini cərəyan vurub.
Lent.az-ın məlumatına görə, martın 12-də, səhər saat 11 radələrində Gəncə Regional Elektrik Şəbəkəsinin mühəndisi olan 37 yaşlı Abbasov İlkin Məsim oğlunu elektrik cərəyanı vurub. Belə ki, İ.Abbasov şəbəkə ərazisində 110 kv-luq 1-ci melxyor hava xəttinin şin ayrıcısında çalışarkən elektrik cərəyanı vurması nəticəsində yanıq xəsarətləri alaraq, 3 saylı Gəncə şəhər xəstəxanasına yerləşdirilib.
Hazırda faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.