Azərbaycanda anasını öldürüb tövlədə gizlənən oğul tutuldu
31 mart 2020 11:11 (UTC +04:00)

Azərbaycanda anasını öldürüb tövlədə gizlənən oğul tutuldu

Qusarda anasını qətlə yetirməkdə təqsirli bilinən oğul saxlanılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 25 yaşlı Əhmədov Nail Hacağa oğlu hadisəni törədəndən sonra rayonun Xürel kəndində gizlənib. Əmisinin tövləsində gizlənən N. Əhmədovun yeri barədə polisə əmisi məlumat verib. O, saxlanılaraq istintaqa təhvil verilib.

İlkin ehtimallara görə, cinayət qısqanclıq zəminində törədilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

# 1421
avatar

Oxşar yazılar