Azərbaycanda ağır yol qəzası: ölən və yaralananlar var
16 aprel 2020 08:45 (UTC +04:00)

Azərbaycanda ağır yol qəzası: ölən və yaralananlar var

0


Yevlaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə  Tanrıqullar, Salahlı kəndləri istiqamətindəki magistral yolda baş verib. 

“Mercedes” və “Hyndai” markalı minik maşınları toqquşub. Qəza nəticəsində bir nəfər yerindəcə dünyasını dəyişib. Ağır xəsarət alan iki nəfər isə xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir. 

Faktla bağlı araşdırma başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2124

Oxşar yazılar