Azərbaycanda İran vətəndaşı narkotiklə saxlanıldı
15 aprel 2020 19:55 (UTC +04:00)

Azərbaycanda İran vətəndaşı narkotiklə saxlanıldı

0

Yevlax rayonunda narkotik vasitə gəzdirən İran sakini saxlanılıb. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz daşımasında şübhəli bilinən İran vətəndaşı Həsən Bozorgi saxlanılaraq Polis Şöbəsinə gətirilib. 

Onun üzərinə baxış keçirilən zaman cibindən 1 ədəd sellofan torbaya bükülmüş çəkisi 7,12 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. 

Araşdırmalarla onun sərhədi qanunsuz keçdiyi də müəyyən edilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. 

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1402

Oxşar yazılar