Gəncədə bıçaqlanma hadisəsi olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, martın 31-də saat 17 radələrində şəhər sakini 18 yaşlı Anar Əliyev bıçaqlanıb. Hadisə ilə əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları müvafiq tədbirlər görülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 17 yaşlı İ.Allahverdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəmnində baş verdiyi müəyyən olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.