Avropa iqtisadiyyatını bu iki ölkə bərpa edəcək
19 may 2020 06:39 (UTC +04:00)

Avropa iqtisadiyyatını bu iki ölkə bərpa edəcək

 

Almaniya və Fransa Avropa iqtisadiyyatının bərpası üçün 500 milyard avro dəyərində fondun yaradılmasını təklif edib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Koronavirus pandemiyası ilə əlaqədar birləşmişik, AB öz tarixinin ən ağır böhranını yaşayır. Belə bir böhrana müvafiq cavab verilməlidir”, - Merkel belə deyib.

Onun sözlərinə görə, Berlin və Paris AB-nin digər ölkələri ilə birgə işləməyi düşünür, ancaq öz təşəbbüsləri ilə onlara Aİ-nin bu böhrandan daha güclü çıxacağına dair siqnal göndərmək niyyətindədirlər.

“İqtisadiyyatın bərpası üçün fonda ehtiyac duyduğumuzu bildirdik. Fondun necə olacağı ilə bağlı Almaniya və Fransa fəal müzakirələr aparıb. İqtisadiyyatı tez bir zamanda bərpa etmək çox vacibdir. Ən çox zərər çəkən sektorlar və bölgələrə dəstək üçün AB-ni vəsaitlə təmin etməli olan 500 milyard avroluq məhdud müddətli bir fond yaratmaq istəyirik”, - deyə Merkel əlavə edib.

Bildirilir ki, vəsait AB-nin çoxillik maliyyə planının bir hissəsi olaraq böhrandan ən çox əziyyət çəkən ölkələrə kömək üçün girov götürüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2554
avatar

Oxşar yazılar

Sel kəndə gedən yolu belə bağladı-VİDEO

Sel kəndə gedən yolu belə bağladı-VİDEO

21 iyun 2024 , 21:48
Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var

Minik avtomobili Türkiyə TIR-ı ilə toqquşdu - Ölən var

21 iyun 2024 , 20:27
Kərim Kərimov  özünü ASDI

Kərim Kərimov özünü ASDI

21 iyun 2024 , 19:31
Sumqayıtda evdən 23 yaşlı oğlanın meyiti tapıldı

Sumqayıtda evdən 23 yaşlı oğlanın meyiti tapıldı

21 iyun 2024 , 19:26
Qubada  çay daşdı,   evlərə ziyan dəydi

Qubada çay daşdı, evlərə ziyan dəydi

21 iyun 2024 , 19:10
Ağdaşda FACİƏ:   azyaşlı kanalda boğuldu

Ağdaşda FACİƏ: azyaşlı kanalda boğuldu

21 iyun 2024 , 18:59
Şəkidə uşaq bağçasında 105 min manatlıq  mənimsəmə

Şəkidə uşaq bağçasında 105 min manatlıq mənimsəmə

21 iyun 2024 , 17:07
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

21 iyun 2024 , 17:04