Nizami rayonunda polis əməkdaşları hündürmərtəbəli binadan özlərini atmaqla intihar etməyə cəhd edən şəxsləri xilas edib.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Q.Qarayev prospektində baş verib.
Dələduzluğa məruz qalmalarına etiraz əlaməti olaraq intihara cəhd etmək istəyən şəxslər ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının müdaxiləsi ilə dayandırılıb.
Həmin şəxslər onlara vəd verərək Rusiyaya aparıb işlədib 13 min dollar pullarını mənimsəyən şəxslərin cəzalandırılmasını tələb edirlər.
İntihara cəhd etmək istəyənlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.