Qubada qoca kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Zərdabi qəsəbəsinin 87 yaşlı sakini Gülbaba Əzizov yaşadığı evdə istilik sobasının üstünə yıxılıb. Nəticədə yanıq xəsarətləri alan kişi ölüb.
Faktla bağlı araşdırma aparılır.